bildirildi ki, A. İsmayılovun ailə tərkibinə uyğun mənzilin inşası başa çatdıqdan sonra onların köçürülməsi həyata keçiriləcək: “Zəngilan rayonu Ağalı kənd sakini İsmayılov Allahverdi Kamal oğlu, həyat yoldaşı Gülnar Məmmədova və oğlu Kamal İsmayılovla birgə Bakı şəhəri Səbail rayonunda müvəqqəti qeydiyyatdadır. Ailənin Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən doğma yurda qayıdışı ilə bağlı sorğusu aparılıb, məşğulluq imkanları öyrənilib, əldə edilmiş məlumatlar Dövlət Komitəsinin vahid elektron-məlumat
bazasına daxil edilib.
.jpg)
Bildiririk ki, məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə Zəngilan rayonunun Ağalı kəndində yeni evlərin inşası davam etdirilir. Allahverdi İsmayılovun ailə tərkibinə uyğun mənzilin inşası başa çatdıqdan sonra onların köçürülməsi həyata keçiriləcək”.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə ötən il iyulundan başlanılıb. Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülüb.

Ötən ilin sentyabrında – Böyük Qayıdışa uyğun olaraq ikinci mərhələdə 25 ailənin 125 nəfər üzvü Ağalı kəndinə yola salınıb. Bu ilin fevral-mart aylarında Ağalıya köçün üçüncü mərhələsi çərçivəsində 94 nəfərdən ibarət 20 ailə köçürülüb. Üçüncü mərhələ də daxil olmaqla, Ağalıya ümumilikdə 420 nəfərdən ibarət 86 ailə köçürülüb.
















