Cəlilabad rayon sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Bu gün Cəlilabad rayonunun Mirzəli kəndində elektrik dirəklərində yaranmış nasazlıqı aradan qaldırmaq məqsədilə,Azərişıqın Cəlilabad rayon şöbəsinin əməkdaşlarından birini elektrik cərəyanı vurub.

Obyektivtv.az xəbər verir ki, hadisə rayonun Mirzəli kəndi ərazisində qeydə alınıb.

Əldə etdiyimiz məlumata görə, Cəlilabad rayonu Qarakazımlı kənd sakini, 1982-ci il təvəllüdlü Fariz Məmmədovu elektrik dirəyində təmir-bərpa işləri apararkən elektrik cərəyanı vurub.

Nəticədə ağır xəsarətlər alan F.Məmmədov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Exit mobile version