Cəlilabad Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
Celilabad.com xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun müvafiq sərəncamı ilə Cəlilabad Rayon Mənzil İstismar Sahəsinin müdiri Mirzəyev Vahid Ağagül oğlu tutduğu vəzifədən azad edilərək İcra hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı vəzifəsinə təyin olunub.
İcra başçısının digər sərəncamına əsasən Mənzil İstismar Sahəsinə Rüstəmov Səməd Rafiq oğlu müdir vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Səməd Rüstəmov bu təyinatadək Mənzil İstismar Sahəsində baş mühasib vəzifəsini icra edib.
Obyektivtv.az
