Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı Günü” tədbiri keçirildi.

Tədbirdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri, müəllimlər və valideynlər iştirak edərək mərkəzdə tədris olunan ixtisaslarla yaxından tanış oldular.

Qonaqlara tədris otaqları, emalatxanalar və praktiki təlim mühiti təqdim edildi, həmçinin tələbələrin hazırladıqları iş nümunələri nümayiş olundu. Tədbir zamanı iştirakçılara peşə təhsilinin üstünlükləri, əmək bazarında tələb olunan ixtisaslar və gələcək karyera imkanları barədə ətraflı məlumat verildi.

“Açıq Qapı Günü”nün əsas məqsədi gənclərdə peşə təhsilinə marağın artırılması, onların düzgün ixtisas seçiminə dəstək olmaq və müasir peşə imkanlarını tanıtmaq olmuşdur.

Exit mobile version