Cəlilabad rayonunda şəhid ailə üzvləri və Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilib.
Obyektivtv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, görüşdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qadınlar və hərbi qulluqçuların ailələri ilə şöbə rəisi Zümrüd Səmədova, Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin nümayəndələri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak edib.
Rafiq Cəlilov tədbir iştirakçılarını və gələn qonaqları salamlayıb. Rayon rəhbəri qeyd edib ki görüşümüz doğma Azərbaycanımızın tarixində ən əlamətdar bir vaxtına təsadüf edir. Bu günlərdə Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20 illiyi ərəfəsində Azərbaycan üçrəngli qələbə bayrağını Xankəndi, Ağdərə, Xocalı şəhərində, Əsgəran qəsəbəsində, Xocavənddə, Sərsəng su anbarının ərazisində dalğalandırıb.
Tədbirin sonunda incəsənət nümayəndələri vətənpərvərlik və döyüş ruhunda musiqi nömrələri ilə çıxışı ediblər.



















