Azərbaycan

CƏLİLABAD RAYON VETERANLAR TƏŞKİLATININ ÜZVLƏRİ İKİNCİ DÜNYA MÜHARİBƏSİ İŞTİRAKÇISI İLƏ GÖRÜŞ KEÇİRİBLƏR

Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri İkinci Dünya Müharibəsi iştirakçısı ilə görüş keçiriblər

Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri Astanlı kənd ərazi nümayəndəsi, kənd bələdiyyəsi və kənd tam orta məktəbinin pedaqoji işçilərinin iştirakı ilə rayonun Astanlı kəndində yaşayan İkinci Dünya Müharibəsi veteranı Zamanov Əbiş İbiş oğlunu Novruz bayramı münasibəti ilə evində ziyarət ediblər.
Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman 100 yaşlı müharibə iştirakçısını milli bayramımız olan Novruzun gəlişi ilə əlqədar rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun, Respublika Veteranlar Təşkilatının sədri Fatma xanım Səttarovanın, sədr müavini polkovnik Cəlil Xəlilovun adından təbrik edib, ona bayram sovqatı təqdim olunub.
Müharibə iştirakçısı Əbiş Zamanov şəhid ailələrinə və veteranlara göstərdiyi diqqət və qayğıya görə möhtərəm prezidentimiz İlham Əliyevə, rayon icra hakimiyyətinin və Veteranlar Təşkilatının rəhbərliyinə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Əbiş Zamanov Cəlilabad rayonu üzrə sağ qalan yeganə İkinci Dünya Müharibəsi iştirakçısıdır.

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir