Cəmiyyət

Cəlilabad rayon Cavadxan yeni yaşayış massivində Şəhid və Qazi ailələrinin elektrik enerjisi ilə təmin olunması müzakirə olunub

19 may 2026-cı il tarixdə Azərişıq Cənub RETSİ-nin rəisi Elgün Məmmədov və Cəlilabad bələdiyyəsinin sədri Vahid Mirzəyev  Cavadxan  Yeni yaşayış massivində  olmuşlar.

Görüşün əsas məqsədi yeni salınmış massivdə yaşayan əhalinin, xüsusilə şəhid ailələri və qazilərin elektrik enerjisi ilə təminatının daha da yaxşılaşdırılması olmuşdur.

Bununla əlaqədar olaraq ərazidə yeni transformatorun quraşdırılması, işıq dirəklərinin basdırılması və elektrik kabellərinin çəkilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.

Keçirilən baxış zamanı Azərişıqın  Cənub RETSİ-nin rəisi Elgün Məmmədov tərəfindən transformatorun qurulacağı yerin müəyyən edilməsi, basdırılacaq dirəklərin sayı və çəkiləcək elektrik xətlərinin dəqiqləşdirilməsi istiqamətində aidiyyəti üzrə əməkdaşlara müvafiq tapşırıqlar verilmişdir.

Görüşdə,Azərişıqın Cəlilabad rayon şöbəsinin rəisi Fərid Nəcəfov, baş mühəndis Nizami Hüseynov, digər əməkdaşlar Ərzuman İsmayılov, və Cəlilabad bələdiyyəsinin sədri Vahid Mirzəyev iştirak etmişlər.

Həyata keçiriləcək işlərin sakinlərin rahatlığına və ərazinin infrastrukturunun yaxşılaşdırılmasına mühüm töhfə verəcəyinə inanırıq.

Xeyirli və uğurlu olsun!

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir