Xankəndi stadionu bu gün keçiriləcək “Qarabağ” – “MOİK” oyununa tam hazırdır.
Milli.Az bildirir ki, bu gün keçiriləcək oyun üçün hazırlıqlardan videolar gəlməyə davam edir.
Oyunun başlamasına saatlar qala stadionda Azərbaycan bayrağı dalğalanıb.
Həmin görüntüləri təqdim edirik:
——-
11:47
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, günün ilk matçı Xankəndidə olacaq. Tarixi oyunda “Qarabağ” I Liqa təmsilçisi MOİK-i sınağa çəkəcək.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.
Artıq azərkeşlər və media nümayəndələri Xankədidədir.
Həmin görüntüləri təqdim edirik:
——-
09:09
Bu gün işğaldan azad olunan Xankəndi şəhərində tarixi futbol oyunu keçiriləcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirəcək.
Maraqlıdır ki, bu oyunda “Qarabağ”ın rəqibi işğal altındakı torpaqlarımızı azad edən ordunun mənsub olduğu Müdafiə Nazirliyinin komandası – Mərkəzi Ordu İdman Klubu olacaq.
Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Bunadək son dəfə işğal altında olmuş ərazidə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (Tovuz) arasında olub. Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyundan 2 ay sonra Ağdam işğal edilib. Bu səbəbdən “Qarabağ” rəqiblərini müxtəlif illərdə Mingəçevir, Sumqayıt və Bakıda qəbul edib.
2009 və 2010-cu illərdə isə “Qarabağ” Azərbaycan çempionatı və kubokunda bir neçə ev oyununu Ağdamın işğala məruz qalmayan Quzanlı qəsəbəsində də keçirib.
Obyektivtv.az

















