Azərbaycan

Bakıda güclü küləyin fəsadları – Xəsarət alanlar var

Obyektivtv.az:Bakıda güclü külək nəticəsində 3 nəfər xəsarət alıb.

Klinikin Tibbi Mərkəzə külək səbəbindən xəsarət almış 3 nəfər yerləşdirilib.

Bu barədə Mərkəzdən bildirilib.

Əlavə edilib ki, onlara ilkin olaraq alın nahiyəsinin çapılmış zədəsi və başın küt travması diaqnozu qoyulub.

Qeyd edilib ki, mərkəzə gətirilən hər üç şəxsə ilkin tibbi yardım göstərilib. Birinin xəstəxanada müalicəsi, digər iki şəxsin evə buraxılması nəzərdə tutulub.

Qeyd edək ki, bu gün və sabah ölkə ərazisində hava şəraiti yağıntılı keçəcək, güclü külək əsəcək, şimşək çaxacaq.

Milli.Az

What's your reaction?

Related Posts

1 of 1.361

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.