Bakıda baş verən ağır yol qəzasında 5 nəfər ölüb – VİDEO – YENİLƏNDİ

Bakıda baş verən qəzada ölənlərin sayı 5-ə çatıb.

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, qəza zamanı 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, 1994-cü il Pərviz Əlizadə, 1994-cü il təvəllüdlü Aytəkin Allahyorava, 2001-ci il təvəllüdü Könul Namazova, 1997-ci il Jalə Aslanova ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.
***

 

16:00

 

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Nizami rayonunda yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Pravda.az-a verilən məlumata görə, “Toyota” və “Mercedes” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

 

13:29

 

Bakıda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

 

Hadisə Nizami rayonunda, “Şəfa” stadionu yaxınlığında qeydə alınıb.

 

Qəza “Mercedes” markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

13:08

 

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə “Toyota Prius” və “Mercedes C Class”ın iştirakı ilə qeydə alınıb.

 

İlkin məlumata görə, qəza nəticəsində insan itkisi var.

 

Report

 

Exit mobile version