Aqrar təhsil ocağına bir çox rektor və rektor əvəzi gəlib ki bəzisi aqrar təhsilin inkişafına önəm verib bəzisi isə yenidənqurma edərək universitetin inkişafında mühüm əhəmiyyət kəsb edib.
Zəfər Qurbanov təyinatından bu günə kimi nə təhsilə,nə də ki universitetin təmirinə pul ayırır. Aqrar təhsilin qənimi təhsil sistemindən bixəbər Zəfər Qurbanov, nə kadr islahatında üz ağartdı,nə də bir problemi olmayan binaları təhvil aldığı kimi saxlaya bildi.
Universitetin sanitar qovşaqlarında su “krantlarının” sıradan çıxdığına görə bütün “etajlar” üfunət iyindən autoriyada dərs keçmək mümkünsüz hala gəlib.
Cənab Prezident İlham Əliyevin şəxsən gəlib açılışın etdiyi yeni korpusda liftlərin sıradan çıxmasını belə nəzərə almayan Zəfər Qurbanov universitetin həm təhsilini, həm də korpusların məhv etməklə məşğuldur. Dekanlar və kafedra müdirlərinin mövcud problemlər liftin işləmədiyini dedikdə işləməsə yaxşıdı işıq puluna qənaətdir deyir. Korpuslarda sıradan çıxan sanitar qovşağının iyindən müəllimlər dərs keçə bilmir bildirdikdə “elə keçməsələr yaxşıdır”deyir. Bir soruşan yoxdur ki ay Zəfər Qurbanov sənə nə deyək ki, sən ona bax bu pisdir bu məsələni aradan götürmək lazımdır deyəsən. Sən Prezidentin diqqət və qayğısı olan aqrar təhsil ocağının həm elmi, həm də korpuslarının sıradan çıxması üçün əlindən gələni edirsən. Bütün iclaslarda ancaq universitetin maliyyəsindən danışan Zəfər Qurbanov təhsil ocağın inkişaf və idarəsi üçün gəlməyib ancaq universitetin büdcəsini talamağa gəlib.
Sabiq rektor İbrahim Cəfərov olsaydı liflərin birində problem olsaydı həmin dəqiqə təmir etdirərdi.
Qanundan danışan Zəfər Qurbanov nəyə görə kargüzarlıq üçün nəzərdə tutulan maliyyə vəsaitini mənimsəyir?
Dekanlıq və kafedralara lazım olan dəftərxana ləvazimatlarını dekanlar və kafedra müdirləri alır. Tədrisdə xarab olan və təmirə ehtiyac olanda təmir etdirmir, təmir xərclərinin hamısın müdirlərə və dekanlara ödətdirir. Dekanlar və kafedra müdirləri hamısı hər maaşlarından 150 manata kimi kargüzarlıq və komputer xərclərinə pul verməkdən bezdiklərini bildirir. Zəfər Qurbanov sən hansı qanundan danışırsan özünü təmiz təhsil işçisi göstərirsən ki, kafedra müdürü seçkilərində müdaxilələr edirsən.
Hansı marağa görə Seyidəliyev Nizamini namizədliyini götürərək göyçəli Aynur Həsənovanı kafedra müdürü məcburi seçirdin?
Elmi şura və kafedranın müəllimləri Seyidəliyev Nizamini istəməyinə rəğmən. Hansı düzgünlükdən danışırsan ki, “dezerti” Bəşir Bağırzadənin əli ilə qiyabi tələbələrin imtahandan keçməyinə pul yığdırırsan?
Qiyabi tələbələrin imtahanını dezerti Bəşir Bağırzadə tapşırığı ilə Ruslan Tahirov sistemdə tələbələrə istədiyini qiyməti yazır. Ruslan Tahirov sabiq rektorun dönəmində də bu kimi pul alaraq kəsir düzəltməyə görə imtahan rəhbərliyindən azad edilmişdi. Zəfər Qurbanov elə bu marağa görə də qiyabi şöbəni ayırmaq istəyir. Səbəb isə pulu üç yox iki yerə bölməkdir. Əgər qiyabi şöbə ayrı olarsa tələbələr dərsə belə gəlmədən pulunu verib diplom ala bilər. Elə buna görədə Zəfər Qurbanov dezerti Bəşir Bağırzayədə tapşırıb ki təcili şöbəyə dekan lazımdır. Bəşir Bağırzadə isə gecə-gündüz hərraca çıxarılan şöbəyə verilən qiymətlərlə maraqlanır. İndi sən hansı düzgün işləməkdən danışırsan Zəfər Qurbanov,Bir əsrlik yaşı olan qocaman aqrar təhsil ocağını tamamilə məhv etmisən…
Hörmətli Cənab Nazir Məcnun Məmmədov, aqrar təhsil ocağını məhv edən aqrar təhsildən və idarəçilikdən bixəbər olan Zəfər Qurbanovu inanırıq ki, ən qısa zamanda durduracaqsınız. Ardı var…
Hörmətlə ADAU nin professor və müəllim heyyəti.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Turantv.az

















