Türkiyədəki zəlzələlərdə həlak olanların sayı 24 min 617-yə yüksəlib.
“Qafqazinfo” TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay açıqlama verib.
F.Oktay 32 min 71 nəfərdən ibarət qrupların axtarış-xilasetmə işlərini davam etdirdiklərini vurğulayıb.
O, paralel şəkildə həlak olanların dəfn proseslərinin aparıldığını qeyd edib.
















