Ukrayna prezidenti Volodimir Zelenski Baş nazir Denis Şmıqal, nazirlər və Prezident Aparatının nümayəndələrinin iştirakı ilə hökumətin bütün səviyyələri ilə məsləhətləşmələr keçirib.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, Ukrayna rəhbərinin ənənəvi videomüraciətində, ilk növbədə, Rusiyanın hücumlarının nəticələri, o cümlədən raket zərbələri müzakirə olunub.
“15 Rusiya raketi vurulub. Təəssüf ki, hamısını yox. Ukrayna səmasının müdafiəsini daha da etibarlı etmək üçün tərəfdaşlarımızla mümkün qədər fəal işləyirik”, – deyə Zelenski vurğulayıb.
O, əmin edib ki, hər belə zərbə olacağı təqdirdə Rusiya ordusu cavab alacaq.
Obyektivtv.az