Bölgələr

Zaqatalada tövlə yandı – 1700 toyuq-cücə tələf oldu

Zaqatalada yanğın baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Çökəkoba kəndində qeydə alınıb.

Aslan Ərəbova məxsus tövlədə baş verən yanğın zamanı 1700 toyuq-cücə yanaraq məhv olub. Bundan başqa 2 min ot bağlaması yanıb ki, bu da sahibkara xeyli miqdarda ziyan vurub.

İlkin məlumata görə, yanğına səbəb naqillərdəki qısa qapanma olub.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.