Dünya

Xanım nazir onunla görüşdüyü üçün işdən çıxarıldı

Liviya Milli Birlik Hökumətinin baş naziri Abdulhamid Dibeybe xarici işlər naziri Necla əl-Menquşun vəzifəsinin dayandırılması və barəsində istintaq başladılması ilə bağlı qərar verib. 

Yenisabah.az “Anadolu”ya istinadən xəbər verir ki, qərarda Menquşla bağlı araşdırmanın Liviyanın ədliyyə nazirinin sədrliyi ilə yaradılacaq komissiya tərəfindən aparılacağı qeyd edilib.

Buna səbəb Menquşun İtaliyada İsrailin xarici işlər naziri Eli Kohenlə görüşməsi olub.

Qeyd edək ki, Liviya İsraili dövlət kimi tanımır və ölkələr arasında diplomatik münasibətlər mövcud deyil.

Obyektivtv.az

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir