Xaçmazın gənc icra başçısının TƏMİZLİK ANLAYIŞI – BU NƏDİ BELƏ?
Yerlərdə məmurların özbaşına buraxılması, nəzarətsiz qoyulması təbii ki, problemlərə səbəb olmalıdır. DİA.AZ bildirir ki, eynən Xaçmaz da olduğu kimi. Xaçmazın gənc başçısı da deyəsən, qocaman əyalət məmurlarının yolu ilə gedir.
Bildiririk ki, bu barədə tanınmış jurnalist Cəmil Məmmədli paylaşım edib.
Jurnalist yazır:
“Xaçmaz-Xudat yolunun kənarı…
Babəkin heykəlinin ətrafı…
Bir hamının gördüyü tərəfə baxın, bir də heç kəsin görmədiyi, yəni heykəlin arxasına…”
Qeyd edək ki, Elnur Rzayev Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.O, bu vəzifədən əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
Daha sonra jurnalist fotoları təqdim edib: