Dünya

Ukrayna bu şəhərə simvolik bayraq sancdı – Video

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiyanın nəzarətində olan Oleşki şəhərinə simvolik bayraq sancıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Milli Qvardiyasının məlumatında bildirilib.

“Avqustun 23-də Ukrayna Silahlı Qüvvələrinin 124-cü ayrı-ayrı ərazi müdafiə briqadasının əsgərləri Xerson vilayətinin işğal altında olan Oleşki şəhərində Ukrayna bayrağını sancıblar. Ukrayna Bayrağı Günü münasibətilə hərbçilərimiz simvolik, lakin son dərəcə vacib addım atdılar

PUA-ların köməyi ilə Xerson vilayətinin sol sahilində, işğal altında olan Oleşki şəhərinin tam mərkəzində bayrağımız ucaldıldı. Bu, təkcə bizim məğlubedilməzliyimiz və cəsarətimizin simvolu deyil, həm də işğalçılara açıq siqnaldır: Ukrayna öz torpaqlarına qayıdır”, – mesajda deyilir.

Qeyd edək ki, şəhər 2022-ci ilin aprelin 15-dən bəri Rusiyanın nəzarətindədir.

 

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.