Türkiyənin Ağrı bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ağrıda sərnişin avtobusunun iki yük maşını ilə toqquşması nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
Belə ki, Van-Ağrı istiqamətində hərəkət edən sərnişin avtobusu Tutak rayon mərkəzində daha əvvəl toqquşmuş çuğundurla dolu iki yük maşınına çırpılaraq alovlanıb.
Toqquşmanın təsiri ilə alovlanan avtobusda yanğın uzun səylərdən sonra söndürülüb.





















