Türkiyənin yeraltı şəhəri istifadəyə veriləcək – Görüntülər

Türkiyənin qədim yeraltı şəhəri turistlərin istifadəsinə veriləcək.

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Sivilizasiya və Turizm Nazirliyi məlumat yayıb.

 

Mardin vilayətində yerləşən 5 min illik tarixi olan şəhərin təsadüfən kəşf edildiyi bildirilir. Hazırda şəhərin tunelində təmir və texniki xidmət işləri aparılır. Yeraltı şəhərin ilk hissəsi 2024-cü ildə turistlər üçün istifadəyə veriləcək.

 

Qeyd edək ki, yeraltı şəhər 40 hektar ərazini əhatə edir.

 

 

 

Exit mobile version