Toy günündə şəhid qardaşının məzarını ziyarət etdi
Azərbaycan

Toy günündə şəhid qardaşının məzarını ziyarət etdi

Vətən Müharibəsi iştirakçısı Orxan Mirzəyev toy günü qardaşı şəhid Elmin Mirzəyevin məzarını ziyarət edib.

Obyektivtv.az  xəbər verir ki, bunu şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

O, Orxan Mirzəyevin “Qubalının azad edilməsinə görə” və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif olunduğunu bildirdi:

“Şəhid Elmin Mirzəyev 2020-ci il oktyabrın 2-də Füzuli istiqamətində şəhid olub. Ölümündən sonra “Vətən naminə”, “Cəbrayılın azadlığına görə”, “Xocavəndinin azadlığına görə”, “İgidlinin azadlığına görə” və “Füzulinin azadlığına görə” medalları ilə təltif edilib. Ailəsi var idi, iki övladı var idi”.

What's your reaction?

Related Posts

1 of 1.346

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.