Bu gün ikinci Qarabağ vətən müharibəsinin şəhidi Cəfərov Araz Səmədağa oğlunun mövludu qeyd olunub.
İlk öncə Cəlilabad rayon şəhidlər xiyabanını ziyarət edən Səhid ataları və qonaqlar daha sonra Şəhidin doğulduğu Cəlilabad rayon Qarazəncir kəndində şəhidin məzarını ziyarət edib,ruhuna dualar oxudular.
Şəhidin məzarı ziyarət olunduqdan sonra,qonaqlar şəhidin qardaşı Cəfərov Elçin Səmədağa oğlunun evində oldular,şəhidin döyüş meydanında göstərdiyi igidlik məktəbindən söz açdılar.
Onuda qeyd edim ki,şəhidmizin hərbiyə olan sevgisi uşaq vaxtlarından özünü büruzə verirdi,yaxınlarının deməsinə görə orta məktəbdə oxuduğu dövürdə müxtəlif növ silahların fiqurlarını düzəldirmiş,bütün bunlar sonda şəhidmizin arzusunu gerçəkləşdirdi.
2019-cu ildə yenidən 112-saylı sülhməramlı hərbi hissəyə gizir kimi işə düzəlir,2020 ci ilin sentiyabr ayına kimi orada xidmət edir.2020-ci il sentyabr ayının 21-də ikinci Qarabağ vətən müharibəsinə qatılır Fizuli,Cəbrayıl,Qubadlı,Zəngilan və Laçın rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb.Laçının Güləbürd kəndi uğrunda gedən şiddətli döyüşdə qəhrəmancasına şəhid olub.
Bir aya yaxın şəhidmizin nəşi neytiral zonada qaldıqdan sonra,hərbiçilərimiz tərəfindən götürülərək ,yaxınlarına təhvil verildi.Şəhidimiz ailəli idi,iki gül balası özündən nişanə qaldı.Ali Baş Komandan İlham Əliyevin xüsusi sərəncamına əsasən Fizulinin,Cəbrayılın,Zəngilanın,Qubadlının azad olunmasına görə və igidliyə görə medallarla təltif olunub.
Allah bütün şəhidlərimizi rəhmət eləsin!



















