Şuşaya getməyən Fransa səfirindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən ayın sonlarında Şuşada keçirilən beynəlxalq konfransda ABŞ və Fransa səfirləri iştirak etməyib. Belə ki, rəsmi Bakı hər iki ölkənin diplomatına Şuşaya səfərlə bağlı dəvət göndərsə də, onlar heç bir səbəb göstərmədən konfransda iştirakdan imtina ediblər.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Fransa və ABŞ səfirləri Şuşa səfərində iştirak etməməklə Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstəriblər.

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Metbuat.az xəbər verir ki, Fransanın Azərbaycandakı səfiri Zakari Qross isə tviter hesabında Azərbaycanda olmadığı barədə paylaşım edib: “Yay tətili bitdi, Səfirlər Konfransı başa çatdı. Missiyamın yerinə yetirilməsi üçün Azərbaycana qayıdıram. Konfransın əhval-ruhiyyəsi soyuq idi, lakin Rusiyanın təcavüzünə qarşı mübarizə aparmaq üçün kollektiv əzmlə çalışırıq””,- deyə diplomat qeyd edib.

Qeyd edək ki, sentyabrın 1-də Fransada Səfirlər Konfransı keçirilib. Fransa prezidenti Emmanuel Makron tərəfindən səfirlərə tapşırıqlar

Exit mobile version