Sumqayıtda şəhid ailəsinin üzvləri qəzaya düşdü – ADLAR

Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

“Obyektivtv.az” APA-ya istinadən xəbər verir ki, 39-BB-240 dövlət nömrə nişanlı “KamAZ” markalı avtomobl ilə 10-TM-685 BMV markalı minik avtomobili toqquşub.

Nəticədə bir ailənin üç üzvü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar:

Quliyev Natiq Akif oğlu (1980);

Quliyeva Təranə Hüseyin qızı;

Quliyev Həsən Natiq oğlu.

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Qeyd edək ki, xəsarət alanlar İkinci Qarabağ müharibəsi şəhidi Quliyev Namiqin ailə üzvləridir

Exit mobile version