Kanal15.az xəbər verir ki, ibtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər.(Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
29.04.2015-ci il tarixli 511 nömrəli əmri ilə
təsdiq edilmişdir)
Lakin bu qaydalar bir sıra məktəblərdə pozulur.
Qaydaların daha sıx pozulduğu məktəblərədən biridə Salyan şəhər Azər Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya məktəbidir.
Burada İbtidai sinif müəllimlərinin saatları əllərindən alınaraq digər müəllimlərə verilir. İbtidai sinif müəllimlərinə yalnız Azərbaycan dili və Riyaziyyat fənninin tədrisinə icazə verilir. Fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri isə ayrı ayrı ixtisas müəllimlərinə və ya ixtisası olmayan, hansısa sertifikatı olan digər müəllimlərə verilir. Təbii ki bunlar müəyyən məbləğdə pul qarşılığında həllini tapır.
Yuxarıda qeyd olunduğu kimi isə heç bir müəllimin yazılı razılığı alınmadan bu işlər edilir.
Redaksiyamıza müraciətdə edən müəllimlər bu problemlərin baş vermə səbəbi kimi rüşvət qarşılığında işə qəbul edilən müəllimlərin saat verilərək razı salınması qeyd olunur.
Həmçinin məktəbdə vaxtilə o qədər müəllim işə götürülüb ki, hazırda 5 nəfər sinif müəlliminin adı olsada faktiki olaraq sinifi yoxdur və onlar tərbiyəçi kimi fəaliyyət göstərirlər.
Qeyd edək ki, hal-hazırda təhsil müəssisəsinin direktoru Sayyad Umud adlı müəllimdir.
O həmçinin Salyanda fəaliyyət göstərən kurslardan birinin rəhbəridir.
Qeyd olunanlarla bağlı adı çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.
Obyektivtv.az