Sabirabad rayon MX-nın sabiq direktorunun məhkəmə prosesi başlayıb.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq direktoru Həsən Hüseynovun c1nay6t işi üzrə məhkəmə prosesi başlayıb.

 

Obyektivtv.az xəbər verir ki, Lənkəran Ağır C1nay6tlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. C1nay6t işi məhkəmə baxışına verilib və növbəti iclas avqustun 11-nə təyin olunub.

 

İttihama görə, Həsən Hüseynov Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən istifadə edərək 186 min manat mənimsəyib. Bildirilir ki, o, istintaq zamanı dəymiş ziyanın təxminən 20 min manatını ödəyib.

 

Həsən Hüseynova C1nay6t Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində başqa yerə getməmək barədə iltizam q6timkan tədbiri seçilib.

 

Qeyd edək ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının digər vəzifəli şəxsləri – Əlişirin Əliyev, Qabil Quliyev və İntiqam Kərimovun c1nay6t işi üzrə məhkəmə prosesi isə hazırda Bakı Ağır C1nay6tlər Məhkəməsində davam edir.

 

Exit mobile version