Azərbaycan Dövlət Aqrar Universitetinin sabiq rektoru İbrahim Cəfərovun oğlu təlbəyə qarşı dələduzluq etməsi haqqında saytımızda Daxili İşlər Nazirliyinə ünvanlanmış olan şikayəti dərc etmişdik.
Bun haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov açıqlama verib.
Onun sözlərinə görə, dərhal sözügedən şikayətlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsin rəhbərliyinin göstərişi sayəsində məsələ nəzarətə götürüldü.
Faktla bağlı şikayətçi Ürfət Alim oğlu Quluyev Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinə dəvət edilərək onun izahatı alınıb.
Hazırda sözügedən şikayət materialı İstintaq və təhqiqat idarəsinin rəisi polis polkovnik-leytenantı Samir Məcidov tərəfindən araşdırılır.
“Dünyanınsəsi” olaraq DİN-nin operativ şəkildə məsələyə aydınlıq gətirməsi sözügedən nazirliyin mətbuatla işinin peşəkar səviyyədə qurulmasından xəbər verir.
Məhz buna görədə redaksiyamız adından DİN rəhbərliyinə öz təşəkkürümüzü bildiririk.
Turantv.az