Şəhid qanına boyanmış dövlətin atributu olan üçrəngli bayrağımız Azərbaycanın beşiyi olan Tovuz rayonu Düzqırıqlı kənd Mədəniyyət klubunda ayaqlar altına alınıb tapdalanır. Hadisə 7 fevral Prezident Seçkiləri günü qeydə alınmışdır.

Hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzləri müəyyən edir. Həmin rəmzlərdən biri də, sözsüz ki, bayraqdır. Bayraq bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən, parçadan hazırlanan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın simvol və anlamlı rəngləri, ümumiyyətlə dəyişilməzdir.

Bayrağımıza qarşı olunan bu hörmətsizliyi biz özümüzə qarşı olunan hörmətsizlik kimi başa düşürük. 

Tovuz rayonu Düzqırıqlı kənd Mədəniyyət klubunun müdiri hara baxır ki, onun rəhbərlik etdiyi idarədə bu cür hörmətsizliyə yol verilir. 

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Bayrağımıza qarşı bu cür hörmətsizlik edən hər bir şəxs qanun qarşısında cavab verməlidir. 

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Kanal1.az İnformasiya Xəbər Portalının baş redaktoru 

Arzu Orucov

Şəhid qanına boyanmış dövlətin atributu olan üçrəngli bayrağımız Azərbaycanın beşiyi olan Tovuz rayonu Düzqırıqlı kənd Mədəniyyət klubunda ayaqlar altına alınıb tapdalanır