Sərhəd dəyişməsi perspektivi cənub qonşumuzu nələrdən məhrum edir? – İranın narahatlığının BEŞ SƏBƏBİ

demədi. Bilir ki, Zəngəzur dəhlizi açılarsa, artıq Naxçıvan İran qazına ehtiyac duymayacaq, daha çox Azərbaycanın qazı, nefti və kommunikasiya vasitələrindən yararlanacaq. İranı narahat edən məqamlar bunlardır”.

Həmsöhbətimiz burada siyasi məsələlərin də olduğunu deyib:

“Zəngəzur dəhlizinin açılması Naxçıvanla quru sərhədin bərpa olunması deməkdir. Beləliklə, Türkiyədən gələn yüklərin Azərbaycan üzərindən ötürülməklə Mərkəzi Asiya və digər ölkələrə çıxarılması təmin olunacaq, eləcə də həmin marşrutla geri dönüş həyata keçiriləcək. Burada geosiyasi və geostrateji məsələ də rol oynayır. Belə ki, Hindistan və İranın bir layihəsi var. Bu layihə üzrə Hindistandan başlayaraq Fars körfəzindən keçməklə Qara dənizə çıxan yeni nəqliyyat marşrutunun inşası nəzərdə tutulur. İran narahatdır ki, əgər Zəngəzur dəhlizi açılarsa, bu nəqliyyat marşrutunun əhəmiyyəti qalmayacaq. Ona görə də bu cür “canfəşanlıq” edir, erməni sevgisini göstərir.

Bizim üçün isə önəmli olan İranın nə dediyi deyil, dövlət maraqlarımızın təmin olunmasıdır. Belə açıqlamalar bizim üçün vacibdir ki, kimin dost, kimin düşmən olduğunu bilək və o əsasda xarici strategiyamızı müəyyən edək”.

Exit mobile version