Şəhidlərimiz arasında beş futbolçu da var

Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan 5 hərbçimiz müxtəlif vaxtlarda AFFA tərəfindən təşkil olunan liqaların və turnirlərin iştirakçısı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bunlar Qədim Xəlilov, Elvin Abdullayev, İbrahim Həsənov, Nicat Qarazadə və Elmir Hüseynovdur.

Allah rəhmət eləsin!

Exit mobile version