“Şəhərsalma və Memarlıq ili”çərçivəsində Cəlilabad rayonunda görülən işlər davam edir.

2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunub. Buil Paytaxt Bakıda və eləcə də bölgələrdə abadlıq quruculuq işləri sürətlə davam etdirilir.Guəörülən işlərin davamı olaraq Cəlilabad rayonunda da yenidənqurma  və infrastrukturun müasir üslubda görülməsi həyata keçrilir.

Cəlilabad rayonunda nəinki infrastruktur və yenidənqurma işləri,demək olar ki bütün sahələrdə işlər davam etdirilir.istiqamətdə mühüm addımlar atılır. Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov son günlərdə rayon ərazisində aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olub.

Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə “Sağlam məhəllə” layihəsi çərçivəsində Zərifə Əliyeva küçəsində, 28 nömrəli yaşayış binasının qarşısında müasir idman zonası yaradılır. Burada mini futbol, basketbol meydançası və müxtəlif idman ələtləri quraşdırılacaq. Bu layihə əhalinin, xüsusilə gənclərin sağlam həyat tərzinə dəstək məqsədi daşıyır və sakinlər tərəfindən böyük razılıqla qarşılanır.

Həmçinin Fətulla Niftullayev küçəsində təmir işləri aparılıb. Küçəyə qum-çınqıl materialı tökülərək səthi tam yenilənib, səliqə-sahman yaradılıb.

Eyni zamanda Heydər Əliyev prospektində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər aparılır. Prospekt boyunca yeni bardurlar düzülür, bu da şəhərin vizual görünüşünü gözəlləşdirir, həm də hərəkət təhlükəsizliyini artırır.

  1. Bütün bu işlər “Şəhərsalma və Memarlıq İli”nin əsas məqsədlərinə müasir, komfortlu, ekoloji cəhətdən təmiz və gözəl yaşayış mühitinin formalaşdırılmasına xidmət edir. Rayon rəhbərliyinin həyata keçirdiyi ciddi nəzarət sayəsində layihələr planlı şəkildə və yüksək keyfiyyətlə davam etdirilir.
Exit mobile version