“Şəhərsalma və Memarlıq İli “çərçivəsində Cəlilabad rayonunda görülən işlər davam etdirilir.

2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunub. Bu il  ölkənin hər bir yerində abadlıq quruculuq və infrastruktur layihələrinin müasir üslubda görülməsi həyata keçirilir.Bu proses rayonlarda da sürətlə davam etdirilir.

Xüsusilə qeyd etmək olar ki, Cəlilabad rayonunda da bu istiqamətdə mühüm addımlar atılır. Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov son günlərdə rayon ərazisində aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olması,belə deməyə əsas verir

Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə “Sağlam məhəllə” layihəsi çərçivəsində Zərifə Əliyeva küçəsində, 28 nömrəli yaşayış binasının qarşısında müasir idman zonası yaradılır. Burada mini futbol, basketbol meydançası və müxtəlif idman ələtləri quraşdırılacaq. Bu layihə əhalinin, xüsusilə gənclərin sağlam həyat tərzinə dəstək məqsədi daşıyır və sakinlər tərəfindən böyük razılıqla qarşılanır.

Həmçinin Fətulla Niftullayev küçəsində təmir işləri aparılıb. Küçəyə qum-çınqıl materialı tökülərək səthi tam yenilənib, səliqə-sahman yaradılıb.

Eyni zamanda Heydər Əliyev prospektində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər aparılır. Prospekt boyunca yeni bardurlar düzülür, bu da şəhərin vizual görünüşünü gözəlləşdirir, həm də hərəkət təhlükəsizliyini artırır.

Bütün bu işlər “Şəhərsalma və Memarlıq İli”nin əsas məqsədlərinə müasir, komfortlu, ekoloji cəhətdən təmiz və gözəl yaşayış mühitinin formalaşdırılmasına xidmət edir. Rayon rəhbərliyinin həyata keçirdiyi ciddi nəzarət sayəsində layihələr planlı şəkildə və yüksək keyfiyyətlə davam etdirilir.

Exit mobile version