Rusiya qitələrarası ballistik raketlə darmadağın etdi – Video
Dünya

Rusiya qitələrarası ballistik raketlə darmadağın etdi – Video

Noyabrın 21-də səhər saatlarında Rusiya ordusu müxtəlif tipli raketlərlə Dnepr şəhərinə zərbələr endirib. O cümlədən, Rusiyanın Həştərxan vilayətindən qitələrarası ballistik raket buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələri məlumat yayıb.

Bundan əlavə, Tambov vilayəti üzərindən “Xəncər” aeroballistik raketi, həmçinin yeddi ədəd X-101 qanadlı raketlərlə Dneprə zərbələr endirilib.

Dnepropetrovsk vilayət administrasiyasının sədri Sergey Lısak zərbələr nəticəsində sənaye müəssisələri və veteranlar üçün reablitasiya mərkəzinin vurulduğunu bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya RS-26 “Rubej” qitələrarası ballistik raketi atacağı barədə məlumat yayılmışdı.

What's your reaction?

Related Posts

1 of 1.344

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.