Rusiya hökuməti istefa verəcək

Rusiyanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi günü hökumət istefa verəcək.

Obyektivtv.az  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, bununla da yeni Nazirlər Kabinetinin formalaşdırılması prosesi başlayacaq.

VLADİMİR PUTİN MARTIN 15-17-DƏ KEÇİRİLƏN SEÇKİLƏR ZAMANI RƏSMİ OLARAQ YENİDƏN RUSİYA PREZİDENTİ SEÇİLİB. NƏTİCƏLƏR İSƏ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI TƏRƏFİNDƏN TƏSDİQLƏNİB.

Qanuna görə, dövlət başçısının andiçmə mərasimi mayın 7-də baş tutmalıdır və andiçmə günü Nazirlər Kabineti Rusiyanın yeni seçilmiş prezidenti qarşısında səlahiyyətlərinin icrasını dayandırır.

Exit mobile version