Dünya

Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağıracaq

Rusiya “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən təxribatlarla bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırmağı planlaşdırır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” kanalında yazıb.

Qeyd edək ki, “Şimal axını”nda üç sızma aşkar edilib. Aİ diplomatiyasının rəhbəri Josep Borrell Avropa İttifaqının boru kəməri insidentləri ilə bağlı istənilən təhqiqata dəstək verəcəyini vurğulayıb. Eyni zamanda o, artıq mövcud olan məlumatlara istinad edərək, qəzaların qəsdən törədildiyini bəyan edib.

Mənbə: m24.ru

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.