Azərbaycan

Rasim Balayev aldığı 28500 manatı nəyə xərcləyəcək?

Xalq artisti Rasim Balayev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər arasında keçirdiyi qrant müsabiqəsində ona ayrılan 28500 manat vəsaitin hansı məqsədlər üçün istifadə olunacağına aydınlıq gətirib. Aktyor Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözü gedən vəsaitlə “Qərbi Azərbaycan: Maddi və mənəvi irsimiz” adlı sənədli film çəkiləcək: “Yəqin ki, yaxın günlərdə filmlə bağlı hazırlıqlara başlanılacaq. Film “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin təqdim etdiyi layihə əsasında ekranlaşacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər arasında keçirdiyi qrant müsabiqəsinin nəticələrinə əsasən “Azərbaycan Kinematoqrafçılar İttifaqı” ictimai birliyinin təqdim etdiyi “Qərbi Azərbaycan: Maddi və mənəvi irsimiz” adlı layihə qalib olub. QHT Agentliyi Xalq artisti Rasim Balayevin rəhbəri olduğu layihənin icrasına 28500 manat vəsait ayırıb.

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir