İdman

Ramil Şeydayev “Qarabağ”dan getdi

“Qarabağ” Ramil Şeydayevlə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

O bildirib ki, Şeydayev növbəti mövsümdən Ağdam klubunun sıralarında olmayacaq: “Ramillə vidalaşdıq. Nə o, bizdən ayrılmaq istəyirdi, nə biz ondan. Amma futbol belədir. Görüşüb sağollaşdıq. Ramil karyerasına başqa ölkədə davam edəcək”.

Qeyd edək ki, Ramil Şeydayevin Tailandın “Buriram Yunayted” klubuna keçəcəyi deyilir.

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir