Ramella Məmmədovanın 2 atası var? Şaumyan yoxsa Şahin… – Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov deyir ki, bu onun özəl həyatıdır…
Ramella Məmmədovanın 2 atası var? Şaumyan yoxsa Şahin… – Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov deyir ki, bu onun özəl həyatıdır…
65 yaşlı Ramella Məmmədova sənədlərini necə saxtalaşdırıb?…
Öncə islahat adı altında Regional Təhsil İdarələrinin yaradılmasından başlayaq. Cənablar, ərazisi və əhalisi Azərbaycandan 10-20 dəfə böyük ölkələrdə heç belə regional qurumlar yoxdur. Azərbaycan bir quberniya, yaxud ştatdan balacadır. Belə olan halda belə qurumlara nə ehtiyac var…? Axı, rayonun təhsil şöbəsi və Təhsil Nazirliyi varsa, bu Regional qurumlar kimə və nəyə lazımdır..? Axı, bu 10 milyonlarla dövlət vəsaiti deməkdir… Nə isə, zəlzələdən, yaxud vəlvələdən, bu gün bir neçə rayonun təhsilini birləşdirib, xeyli sayda Regional Təhsil İdarələri yaradıblar. Onlardan biri də Qarabağ Regional Təhsil İdarəsidir. Bu Regional İdarəyə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələri tabedir. Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində 447 ümumtəhsil müəssisəsi, 178 məktəbəqədər təhsil müəssisəsi, 14 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Təhsil naziri Emin Əmrullayevin 29.04.2022-ci il tarixli əmri ilə Gündüz Əbdülov Qarabağ Regional Təhsil İdarəsinin müdiri təyin olunub. Onun müavini isə Anar Məcidovdur.
Qısa məlumat üçün qeyd edək ki, Gündüz Əbdülov keçmiş hərbçi polkovnikdir, yəni təhsil sahəsi ilə heç bir əlaqəsi yoxdur və bir müddət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Aparat rəhbəri vəzifəsində çalışıb. İndi özünüz nəticə çıxardın. Hərbçi, TƏBİB sonra da təhsil. Bu başqa bir yazının mövzusudur.
Yuxarıda qeyd etdiyimiz kimi Regional İdarənin tabeçiliyində bir neçə rayon sektorları vardır. Bu Regional İdarənin tabeçiliyində olan rayonlardan biri də Füzulidir. Yəni Füzuli Təhsil Şöbəsi birbaşa Gündüz Əbilova və Anar Məcidovun rəhbərlik etdikləri Regional Təhsil İdarəsinə tabedir.
Biz bir media olaraq xeyli vaxtdır ki, Füzuli Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovanın əməlləri barədə yazırıq. Ramella Məmmədovanın tabeçiliyində olan məktəblərin həyətyanı sahələrinin örüş yerinə çevrilməsi, şagirdlərin qışın günündə tüstüdə boğulması, təcrübəli müəllim və müəllimələrin işdən çıxarılması, onların yerinə rüşvətlə işə qəbul olunanan saxta diplomlu müəllimlər və s barədə kifayət qədər yazılıb.
Biz bir media olaraq hətta Ramella Məmmədovanın öz əli ilə yazdığı avtobioqrafiyasından bəhs etmişik. Ramella Məmmədova öz tərcümeyi-halında yazır ki, Gəncə Dövlət Universitetinin – ÜMUMİ PEDAQOGİKA KAFEDRASI məktəbində Azərbaycan dili və Ədəbiyyat müəlliməliyini oxumuşam. Axı, universitetdə belə fakültə yoxdur, ay Ramella müəllimə..? Sən neçənci ildə Gəncə Dövlət Universitetinə daxil olmusan, neçənci ildə bitirmisən..?
Sözün qısası, Ramella müəllimənin bütün işləri saxtadır. Bu qadın az qala bütün ömrünü saxtalaşdırıb. Hələ bu harasıdır..? Ramellanın sən demə iki atası var imiş. Birinin adı Şaumyan, (bütün Şaumyanları gordan gora təzsin, onların hamısını zırbazır olsun, onlardan törəyənləri də millətimizin bütün kişilərinin ayağı altında olsun) o birinin adı Şahin. Bəli, təəccüblənməyin. Ramellanın doğma qardaşı, hazırda Moskvada ermənilərlə birgə çalışan Seymurun sənədlərində Şaumyan oğlu yazılıb. Bəs, Ramella necə dönüb oldu Şahin qızı…? Ramella Məmmədova şəxsiyyət vəsiqəsini, bütün sənədlərini saxtalaşdırıb, amma diplomunu saxtalaşdıra bilməyib, çünki mümkün olmayıb. Yenə xatırladırıq ki, Məmmədova Ramella Şahin qızı kim saxtalaşdırıb bu sənədləri? Əgər sənin Şaumyan adında atan var idisə, o öz adını Azərbaycan Respublikasının qanunlarına görə ancaq özü dəyişdirə bilərdi. Bu saxtakarlıq sizin tərəfinizdən olunub, sizin sənədləriniz araşdırılmalı, saxta sənəd düzəltdiyiniz üçün siz cinayət məsuliyyətinə cəlb edilməlisiniz.
Deyirəm Şaumyanı Şahin etmək üçün nə qədər vermisən Ramiz Mehdiyevin qaynına?
Bütün bunlarla bağlı “Regional”ın müdir müavini Anar Məcidovla telefon söhbətlərimizdə Anar müəllim təkrar-təkrar deyir ki, bu Ramella Məmmədovanın özəl həyatıdır, biz ona qarışa bilmərik. Biz söhbət əsnasında Anar müəllimə başa salmağa çalışdıq ki, Ramella xanımın özəl həyatı dedikdə onun yatağı, daxili həyatı barədə soruşmuruq, onun atasının adını dəqiləşdirmək istəyirik. Məgər bu özəl həyatdır..? Məgər dövlətin verdiyi rəsmi sənədləri saxtalaşdırmaq özəl həyata Məgər dövlətin verdiyi rəsmi sənədləri saxtalaşdırmaq özəl həyata aiddir, ay Anar müəllim..? Həm də söhbət vəzifəli şəxsdən gedir. Bu birbaşa cinayət əməlidir. Biz hələ şəhidlərimizin dəfn günü, sentyabr ayında Ramellanın özünə zurna-qavalla ad günü keçirməyini demirik. Bəlkə, Şaumyanın qızı sevinib bayram edirmiş, ay Anar müəllim..?
Bəli, bu barədə hərbçi polkovnik olan müdir Gündüz Əbilova müəllimlər, məktəb direktorları deyib, amma heç bir tədbir görülməyib.
Sonda onu da qeyd edək ki, yaxın zamanda Ramellanı 65 yaşı olmasına görə yola salacaqlar. Qoy müəllimlər, məktəb direktorları ondan öz pullarını geri alsınlar, yoxsa, sonra gec olacaq, Ramella əri Tofiqlə qaçıb qardaşı Seymurun yanına gedəcək. Biz sözümüzü dedik, qalanı sizlikdir, cənablar.
P.S. Bir neçə gün öncə Ramellanın yəyat yoldaşı Tofiq jurnalistlərə deyib ki, Ramellanın qardaşı Moskvada yaşayır, dostuna deyib Ramelladan yazan jurnalistlərin ağzını cıracaqlar, nə lazımdırsa hörmətinizi edəcəyik, siz də Ramellanın əleyhinə yazan jurnalistlərin əleyhinə yazın. Amma biz öz növbəmizdə Ramellanın əri Tofiqə deyirik ki, Şaumyanın oğlu Seymurun dostu kimdirsə, əgər bizim ağzımızı cıra bilərsə onun da hər şeyini düzək qoşaq. Ondan əlavə Şaumyanın qızı Ramellanın əri Tofiqə deyirik ki, bizim haqqımızda hansı təhqiramiz ifadələri işlətmisənsə, o təhqiramiz ifadələri biz ünvanlayırıq sənin övladlarına, qızlarına, gəlininə, Şaumyanın oğlu Seymurun uşaqlarına, bacılarına, onların yaxınlarına, tayfanızda nə qədər başıləçəkli varsa hamısına.(Gündəlik Bakı)