Rəşid Piriyevin Polis Akademiyasında oxuyan oğlu Əli Piriyev avtomobilini və nömrəsini təzələdi.

Bakı şəhər Baş Polis İdarəsi, Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Rəşid Piriyevin oğlu, Əli Piriyev bir neçə il öncə Polis Akademiyasına yüksək nəticə ilə qəbul olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsilini uğurla davam etdirən Əli Piriyev, artıq hərbi xidmət üçün nəzərdə tutulmuş, Qara Heybətdə keçirilən təlimləri də başa vurmuşdur. Hər bir gəncimizə olduğu kimi Rəşid Piriyevində oğluna uğurlar arzulayırıq. Redaksiyamıza daxil olan məlumata görə, Rəşid Piriyevin oğlu Əli Piriyev bu günlərdə özünə bahalı avtomobildə alıb. Xeyirli olsun. Bizdə öz növbəmizdə Rəşid Piriyevin oğlu Əli Piriyevə həm uğurlu təhsil aldığına görə, həmdə yeni bahalı avtomobilinin və həmin avtomobilə aldığı yeni 004 maşın nömrəsini səmimi qəlbdən təbrik edirik, ona general olmasını arzu edirik.

Exit mobile version