Cəmiyyət

QOCA KƏMALƏDDİN KÖHNƏ QAYDADA YEYİR… – BU DA FAKT!!!

Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi “Mətbəə məhsulları” tenderinin nəticələrini elan edib.

Dia-az.info xəbər verir ki, tenderin qalibi “CBS-PP” MMC olub. Qalib şirkətə 294 901 manat ödəniləcək.

Dia-az.info-nun məlumatına görə, tender müsabiqəsinin qalibi olan “CBS-PP” MMC – 02.09.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 338 min 579 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mikayıl Müşfiq, ev 12, m. 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğludur.

Qeyd edək ki, “CBS-PP” MMC daha əvvəl də Fövqəladə Hallar Nazirliyinin keçirdiyi tender müsabiqələrində qalib olub. Mətbuatda yer alan çoxsaylı məlumatlardan (bugünə kimi təkzib olunmayıb) belə görünür ki, “CBS-PP” MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğlu eyni zamanda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.

İsmayılov Hikmət Əbuzər oğlunun eyni zamanda “AFB Bank” ASC-nin əsas səhmdarı olduğu bildirilir.

Xatırladaq ki, “AFB Bank” ASC-nin səhmlərinin 99,6%-i vaxtı ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilən “Gilan” MMC-yə məxsus olub. Ötən ilin fevral ayında “Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhmlərin satış məbləği açıqlanmasa da bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir.

Hikmət İsmayılov eyni zamanda “AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir.

Yəni görünəni odur ki, QOCA KƏMALƏDDİN KÖHNƏ QAYDADA YEYİR… Yəni Heydərov cənabları “öz əlim, öz başım” deyib dövlət büdcəsinin üstünə rəsmən çöküb…

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.