Təhsilimizi üzüqara edənlərin sayı heç də az deyil. Əksinə, təhsil ölkəmizin əsas prioet sahəsi kimi inkişaf etmək yerinə belə şəxslərin ucbatından bataqlığa batır.
TehsilMedia.az xəbər verir ki, Qəbələ rayonundan daxil olan məlumatda bildirilir ki, rayon təhsil sistemində çox ciddi problemlər və nöqsanlar mövcuddur.
Təhsilimizi üzüqara edənlərdən biri də Qəbələdə yerləşən Nicat Apayev adına 4 saylı orta məktəbin direktoru Qəşəngi Musayevadır. Bu şəxsin də etdiyi qanunsuz əməllər saymaqla bitməz.
Qəşəngi Musayeva rəhbərlik etdiyi 4 saylı orta məktəbi özünün şəxsi kommersiya obyekti kimi istismar edib.
Qəbələ şəhər 4 saylı orta məktəbində hələ də “fond pulu”, “təmir pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi adlar altında pərdələnən rüşvət yığımları mütəmadi olaraq həyata keçirilir.
Qəşəngi Musayeva tutduğu vəzifədən sui-istifadə edərək məktəbi öz biznesi kimi idarə edir.
Demək olar ki, məktəbin kollektivi Qəşəngi Musayevanın əlindən təngə gəlib.
TehsilMedia.az xəbər verir ki, Qəşəngi Musayeva yol verdiyi qanunauyğun olmayan hərəkətləri ilə məktəb kollektivini diz üstə çökdürüb. Müəyyən bəhanələrlə yığılan pullar birbaşa Qəşəngi Musayevanın şəxsi büdcəsinə gedir. Bu direktorun törətdiyi əməllər ucbatından həmin məktəbin təhsil sistemində ciddi problemlər və nöqsanlar var.
Bir sözlə, həmin məktəb insana qarışıq bazarı xatırladır.
Məktəb kollektivi məcburən Qəşəngi Musayevanın etdiyi qanunsuzluqlara göz yumur.
İnanırıq ki, bizim yazımızdan sonra aidiyyatı qurumlar direktor Qəşəngi Musayeva haqqında ciddi tədbirlər görüb, uçuruma gedən təhsilimizi xilas edəcək.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Obyektivtv.az



















