Dünya

Putinin səfərbərlik sərəncamı ölkəni alt-üst etdi – FOTO

Rusiya prezidenti Vladimir Putinin “Qismən səfərbərlik” sərəncamı ölkəni alt-üst edib.

Turantv.az xəbər verir ki, rusların dünəndən bəri Google-da ən çox axtardılqları şey təyyarə biletləri və “Rusiya necə tərk edilir?” sualıdır. Çərşənbə günü axşam saatlarında isə ruslar qorxularına qalib gələrək küçələrə axışıb.
Səfərbərlik elanı, əsgərlik yaşına çatan kişilərin ölkəni tərk etməsinə izin verilməməsi ölkədə təlaşı daha da artırıb.
Hazırda Rusiyadan başqa ölkələrə tək istiqamətli uçuşların qiyməti dodaq uçuqladır və bahalaşmağa da davam edir.
Sankt-Peterburqda yaşayan Matyvey adlı rus bunun heç vaxt reallaşmayacağına ümid etdiyini deyib: “İndi artıq Putin geri addım atmayacağı və müharibəni sonuncu rus vətəndaşı qalana qədər axmaqcasına davam etdirəcəyini çox açıq şəkildə bildirdi”, – deyib.
Rusiyanın sərhəd qapılarında və hava limanlarında meydana gələn nəhəng insan tıxacı sosial şəbəkələrdə paylaşılır.
Google Trends məlumatları da bilet satışlarının həyata keçirildiyi Rusiyanın ən məşhur saytı “Aviasales”də saatlar ərzində axtarışların əhəmiyyətli dərəcədə artdığını göstərib.
Amerika Associated Press (AP) xəbər agentliyi dünən axşama doğru İstanbul və Dubaya tək istiqamətli uçuş qiymətlərinin 9100 dollar təşkil etdiyini yazır.
Rusiyadan qaçmaq istəyənlər təyyarə biletlərinə hücum edərkən, bəziləri də səfərbərlik elanına etiraz edərək küçələrə axışıb. Səlahiyyətli şəxslər nümayişlərə qatılanları 15 il həbs cəzası gözlədiyini bildirsələr də etiraz dalğası sakitləşmədi.
Moskvada başlayan etiraz dalğası Sankt-Peterburq, İrkutski, Yekaterinburq və Sibirə də sıçrayıb.
Beynəlxalq xəbər agentlikləri “AFP” və “AP” Moskva, Sankt Peterburq və Yekaterinburqdakı nümayişlərdən çəkilən fotoları dünyaya çatdırıb.
Həmin fotoları təqdim edirik.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.