Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda Rusiya ilə bağlı qırmızı xətlərinin olmadığını iddia edən ölkələr başa düşməlidirlər ki, o halda Moskvanın da onlarla bağlı belə xətləri olmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Qərb qoşunlarını Ukraynaya göndərmək təklifi ilə çıxış edən fransalı həmkarı Emmanuel Makrona cavabında Rusiya Prezidenti Vladimir Putin deyib.
“Nə olursa olsun onlara hörmət edirəm. Rusiyaya qarşı daha sərt siyasət aparmağa və bəzi tədbirlərə, o cümlədən Ukraynaya qoşun yeritməyə çağıran bu dövlətlər verdikləri təxribatçı bəyanatların nəticələrini hiss etməyəcək. Bu nəticələri hiss edə bilən dövlətlər özlərini daha təmkinli aparırlar. Bu, düzgün mövqedir.
Ukraynanın Belqorod və Kursk vilayətlərinə hücum cəhdləri onun təmas xəttindəki uğursuzluqları fonunda baş verir. Bütün bunlar təmas xəttindəki uğursuzluqlar fonunda baş verir. Keçən il qarşılarına qoyduğu məqsədlərin heç birinə nail ola bilməyiblər. Rusiyanın sərhəd bölgələrinə hücum cəhdlərində xarici muzdlular da iştirak edib. Ukraynanın bu cür hərəkətlərinin əsas məqsədi Rusiyada keçiriləcək seçkilərdə vətəndaşların iradəsini ifadə etmək üçün normal prosesə müdaxilə etməkdir”, – Putin bildirib.