Dünya

Putin bu gün Azərbaycana gəlir

Rusiya Prezidenti Vladimir Putin bu gün Azərbaycana gəlir.

“Qafqazinfo” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq.

“Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq”, – məlumatda deyilir.

Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.