“Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında yeni mərhələ başlayıb. İki ölkə hərbi-siyasi, iqtisadi-mədəni sahələrdə çoxşaxəli əlaqələrə malikdir. Bu həm də iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri kontekstində diqqət çəkir”.
Onun sözlərinə görə, son zamanlar Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə səfəri intensivləşib:
“Şübhəsiz ki, bu, region ölkələri ilə rəsmi Bakının münasibətlərinin inkişafı ilə bağlıdır. Ümumiyyətlə, 44 günlük müharibədən sonra regionda reallıqlar dəyişib. Azərbaycanın əhəmiyyəti kəskin artıb. Zəngəzur dəhlizinin perspektivdə Özbəkistan və digər türk ölkələrinə gətirəcəyi iqtisadi dividentlər münasibətlərin inkişafına xüsusi təkan verir.
İlyas Hüseynov
Türk Dövlətləri Təşkilatı (TDT) faktoru da Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafına təkan verir. Təşkilatın xüsusilə adının dəyişməsindən sonra (əvvəl Türk Şurası idi – red.) türk dövlətlərinin marağı artıb, əməkdaşlıqda daha həvəsli olublar. Bu, həm təşkilatdaxili, həm də ikitərəfli əlaqələrə təsirsiz ötüşmür”.
İ.Hüseynov deyib ki, Mərkəzi Asiya həm də Azərbaycan üçün yeni bazar və “Asiyanın qapısı” rolunu oynayır:
“Bakı region ölkələri ilə münasibətlərini inkişaf etdirərək həm də supergüc Çinlə əlaqələrin inkişafına nail olmaq istəyir. Çünki rəsmi Pekin də Mərkəzi Asiyada mühüm layihələr icra edir. Bakı-Pekin maraqları Mərkəzi Asiyada üst-üstə düşür”.
Turan Rzayev
Globalinfo.az