Azərbaycan

Prezident böyük prosesin anonsunu verdi – Qərbi azərbaycanlılar torpaqlarına qayıdacaq

məqamlardan biri də onun “Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar” sözləri oldu. Ölkə başçısı qeyd etdi ki, mən əminəm ki, gün gələcək Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Erməni zülmündən, işğalından ən çox əziyyət çəkənlər şübhəsiz Qərbi azərbaycanlılardır və məhz ölkə başçısı bu gün Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşməsi heç də təsadüfi deyil.

Rəsmi Bakı Ermənistana qarşı növbəti təzyiq vasitəsi kimi Qərbi azərbaycanlılardan istifadə edə bilər. Prinsip etibarilə əsl qaçqınlar da məhz Qərbi azərbaycanlılardır. Bu gün sonuncu, yəni 1988-ci ildə Qərbi Azərbaycandan məcburi şəkildə qovulan azərbaycanlının 5-ci nəsli dünyaya gəlir.

Sayı bir milyondan çox olan Qərbi azərbaycanlılar Bakının İrəvana qarşı başlıca təzyiq vasitəsi ola bilər. Sayı heç 120 min nəfər olmayan ermənilər üçün status tələb edən Qərbin qarşısına sayı bir milyondan çox olan Qərbi azərbaycanlıları təqdim etmək mümkündür.

Hesab edirəm artıq bu istiqamətdə işlər də gedir. Bir müddət öncə bəzi rayonlarda Qərbi azərbaycanlıların siyahıya alınma prosesinin getdiyinə dair informasiya yayıldı. Rəsmi Bakı Qərbi azərbaycanlıların tam siyahısını tərtib etdikdən sonra bunu başda BMT olmaqla bir sıra beynəlxalq insan haqları və siyasi təşkilatlara təqdim edə bilər.
Ölkə başçısının dediyi kimi Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.