ABŞ Abrams tanklarının Ukraynaya çatdırılma tarixini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ Abrams tanklarını ilin sonuna qədər Kiyevə çatdırmağı planlaşdırır.
Sabrina Sinq həmçinin qeyd edib ki, Ukrayna hərbçilərinin onlardan istifadə üzrə təlimi hələ başlamayıb.
Obyektivtv.az