Əmək pensiyalarının 2024-cü ildə orta aylıq məbləğinin 483 manat olacağı proqnozlaşdırılır.
Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisdə 2024-cü il büdcəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O əlavə edib ki, əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 46,8% və 49,3% olmaqla Avropa Sosial Xartiyasının tələblərinə cavab verəcəkdir.