Dünya

Paşinyan çalışır ki, Şahramanyan “mühacirətdə” “artsax” “hökuməti” yaradılması ideyasından əl çəksin…

Paşinyan hakimiyyəti çalışır ki, gorbagor(!) “artsax”ın sonuncu qondarma “prezidenti” Samvel Şahramanyanın qorxutmaq üçün bütün mümkün vasitələrdən istifadə etsin və nəticədə o, yalnız siyasi mübarizədən deyil, həm də “mühacirətdə olan” yeni qondarma “artsax” “hökuməti”nin yaradılması ideyasından əl çəksin.

Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.

“Ümumilikdə belə bir proses olmasa da, ancaq söhbətlər, müzakirələr gedir. Ermənistan hakimiyyəti hətta “artsax” sözünün də istifadə edilməməsini istəyir” -davamında belə yazan erməni nəşri bildirir ki, S.Şahramanyanın istintaqa çağırılması da mümkündür.
“Dünən(mayın 9-da-S.L.) 44 günlük müharibə ilə bağlı istintaq komissiyasına rəhbərlik edən Andranik Köçəryan bildirib ki, komissiyaya Şahramanyan da dəvət oluna bilər. Komissiyanın fəaliyyət müddətinə hələ 1 ay qalıb. Bu arada, müharibə illərində Şahramanyan hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub və cəbhə ilə heç bir əlaqəsi olmayıb. Köçəryan dolayısı ilə etiraf edib ki, Şahramanyanın dindirilməsi komissiyanın funksiyalarından kənardır. “Cənab Şahramanyana 44 günlük müharibədən sonra həm silahlanma, həm əhalinin sayının azalması, həm də imzalanmış kapitulyasiya sənədləri ilə bağlı reallıqlarla bağlı bəzi suallar verməyə dəyər”” – Ermənistanın internet- qəzeti belə yazır.

P.S. Paşinyan hakimiyyəti çalışır ki, gorbagor(!) “artsax”ın sonuncu qondarma “prezidenti” Samvel Şahramanyanın “mühacirətdə olan” yeni qondarma “artsax” “hökuməti”nin yaradılması ideyasından əl çəksin. Bəs Azərbaycana qarşı separatizmi bərpa edib “mühacirətdə “artsax” “hökuməti”nin yaradılmasına çalışan kimlərdir? Əlbəttə ki, Güney Qafqazda mövcudluğunu itirməmək üçün Azərbaycanla Ermənistan arasında heç zaman sülh yaranmasını istəməyən və elə bu məqsədlə də Samvel Babayan, Samvel Şahramanyan, Vitali Balasanyan və s. kimi bir dəstə separatçı lider və komandirin İrəvana qaçmasını təşkil edən Rusiya imperiyası, hazırda onun başında duran Putin… İndi cavab verin: Azərbaycana kim daha çox düşməndir: Paşinyan, yoxsa Putin?..

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.