Bu həftə Azərbaycan artıq ölkəmizdə keçirilməsi ənənə halını alan daha bir mötəbər tədbirə ev sahibliyi etdi. XI Qlobal Bakı Forumu növbəti dəfə dünyanın müxtəlif düşüncə, siyasət və ictimaiyyət təmsilçilərini bir araya topladı.
“Kaspi” qəzeti foruma həsr olunmuş məqalə dərc edib:
“Parçalanmış dünyanın bərpası”
Forumun mövzusu xüsusilə diqqət çəkdi – “Parçalanmış dünyanın bərpası”. Əgər beynəlxalq aləmdə baş verən proseslərə nəzər salsaq görərik ki, dünya həqiqətən parçalanıb, hər yerdə ciddi çağırışlar var. Belə bir zamanda bütün bəşəriyyəti düşündürən mövzular, çağırışlar və təhdidlər ətrafında müzakirələr aparılması, çıxış yolları aranması Qlobal Bakı Forumunun nə dərəcədə mühüm əhəmiyyət daşıdığını ortaya qoyur. Forumun açılışında çıxış edən Prezident İlham Əliyev də bu məsələyə xüsusi toxunub. “Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münhen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından biz həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir”, – dövlət başçısı bildirib.
Forumun əhəmiyyətini göstərən digər bir amil orada iştirak edən qonaqların sayı və əhatə coğrafiyasıdır. Belə ki, XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edib. Qonaqlar arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir.
şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Sizə həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi. Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı”. Bunu vandalizm aktı adlandıran Prezident İlham Əliyev bildirib ki, bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar
qəbuledilməzdir.
Belə bir mötəbər tədbirdə Fransanın ikiüzlü siyasətinin ifşası növbəti dəfə Parisin Azərbaycanın diplomatik uğurları qarşısında acizliyinin göstəricisi kimi dəyərləndirilə bilər.
“Müxtəlif ölkələri bir araya gətirmək imkanına malikik”
Qarşıda bizi daha bir möhtəşəm beynəlxalq tədbir gözləyir. Azərbaycan COP29-a ev sahibliyi edəcək. 80 minə yaxın xarici qonaq Bakıya təşrif buyuracaq. Dövlət başçısının da vurğuladığı kimi, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir: “Beləliklə, birincisi, COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nöqteyi-nəzərdən isə bu, bizim üçün həmrəyliyə töhfə vermək fürsəti olacaq. Çünki bizim dördillik sədrliyimiz nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb. Biz 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Yəni, biz müxtəlif ölkələri bir araya gətirmək imkanına malikik və bu gün iqlim məsələlərinin həll edilməsi üçün məhz buna ehtiyac var”.
Obyektivtv.az