Özünü ağıllı aparmayan Ermənistanın əcəli Azərbaycanın əlindədir – MÖVQE

0
7

“Diaspor ermənilərinin 74 faizi Ermənistana sərmayə qoymağa hazırdır”. Bu barədə məlumatı erməni mediasından oxuyarkən ilk baxışda diqqəti heç nə cəlb etmir. Əslində erməni lobbisinin Ermənistana dəstək verdiyini bütün dünya yaxşı bilir. Amma bir az dərinə gedib düşünərkən bu fikirin özündə Ermənistanın hazırkı acınacaqlı vəziyyətini göstərən motivlərin olduğu aydın hiss edilir. Amma bu məqamın özündə belə təəccüb doğuran heç nə yoxdur. Axı söhbət tarix boyu öz büdcəsini formalaşdıra bilməyən, Rusiyanın “maşa”sına çevrilən, “Soros”ların “kaşilok”u hesabına ayaqda duran və nəhayət dünyadakı milyarder ermənilərin “çiyinləri” üzərində dayanan bir dövlətdən gedir. Əgər buna dövlət demək mümkünsə… Xarici qrantlar hesabına yaşayan Qeyri Hökumət Təşkilatlarını xatırladan bir qurum çətin dövlətə çevrilə.  

İNDİ ERMƏNİSTANIN VƏZİYYƏTİ DAHA DA AĞIRDIR. 44 GÜNLÜK MÜHARİBƏNİN YARATDIĞI FƏSADLAR, AZƏRBAYCANIN “DƏMİR YUMRUĞU”, MÜTTƏFİQİ RUSİYANIN XƏYANƏTİ VƏ NƏHAYƏT HƏR ŞEYİNİ İTİRƏN ERMƏNİLƏRİN ETİRAZLARI İRƏVANDA ƏMƏLLİ-BAŞLI TƏLATÜM YARADIB. PAŞİNYAN İSƏ BU ACINACAQLI VƏZİYYƏTDƏN ÇIXIŞ YOLUNU YENİDƏN ERMƏNİ DİASPORUNUN QRANTLARINDA GÖRÜR. YƏQİN ONA GÖRƏDİR Kİ, İRƏVANDA ABŞ, BÖYÜK BRİTANİYA VƏ DİGƏR DÖVLƏTLƏRDƏN 150-DƏN ÇOX NÜMAYƏNDƏNİN İŞTİRAK ETDİYİ “ERMƏNİSTANDA ALTERNATİV İNVESTİSİYALAR” ADLI İKİ GÜNLÜK BEYNƏLXALQ KONFRANS ÖZ İŞİNƏ BAŞLAYIB. ƏSLİNDƏ ADLARINI SADALADIĞIM BU NƏHƏNG DÖVLƏTLƏRİN ERMƏNİSTANDA HEÇ BİR İŞİ YOXDUR. ORADA İŞTİRAK EDƏNLƏRİN ABŞ, BÖYÜK BRİTANİYA VƏ DİGƏR ÖLKƏLƏRDƏ BİZNES FƏALİYYƏTİ GÖSTƏRƏN ERMƏNİLƏR OLDUĞU ZƏRRƏ QƏDƏR ŞÜBHƏ DOĞURMAMALIDIR. SADƏCƏ ƏNƏNƏVİ ERMƏNİ RİYAKARLIĞI VƏ HİYLƏSİ YENƏ İŞ BAŞINDADIR VƏ DİASPORUN İANƏSİ DÜNYANIN NƏHƏNG DÖVLƏTLƏRİNİN İŞTİRAK ETDİYİ BEYNƏLXALQ KONFRANSA ADI İLƏ CƏMİYYƏTƏ SIRINIR. BU DA BAŞADÜŞÜLƏNDİR. AXI “BÜDCƏDƏ PUL YOXDUR VƏ ÜMİD ERMƏNİ DİASPORUNADIR” FİKİRLƏRİNİ ERMƏNİLƏRƏ BAŞQA CÜR NECƏ İZAH ETMƏK OLAR?

Erməni mediasının məlumatına görə, konfransın əsas məqsədi Ermənistanda alternativ investisiya mənbələrinin artmasına imkan yaratmaqdır. Bu, dolayısı ilə “Ermənistan batır, bizə dilənçi payı lazımdır” fikirləri ilə eynilik təşkil edir. Bütün bunların fonunda isə rəsmi İrəvanın Azərbaycana “buynuz” atmaq cəhdləri kənardan çox gülünc görünür. Pul xərcləmək istəməyən aşnasından küsən qızı xatırladan Ermənistanın özünə başqa sevgililər axtarması nə qədər çirkin görünsə də, Paşinyan üçün bu, bir o qədər vacibdir. Elə buna görədir ki, ABŞ və Fransanın, eləcə də diasporun maliyyəsinə arxalanan Ermənistan ipə-sapa yatmaq istəmir. Ancaq ata sözündə deyildiyi kimi “qozbeli qəbir düzəldər”. Nəinki diaspor ianəsi, heç “Soros”un milyardları da ölmüş Ermənistanı bir daha dirildə bilməz. Necə deyərlər, “keçinin əcəli çatanda buynuzunu çobanın çomağına sürtür”. Görünür, özünü ağıllı aparmayan Ermənistanın əcəli də Azərbaycanın əlindədir.